Çempion Qurban Qurbanov «Futbol saatı»nda (VIDEO)

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanov «Xəzər» TV-də yayımlanan «Futbol saatı» verilişinin qonağı olub. Sport7.az xəbər verir ki, təcrübəli çalışdırıcının qonaq olduğu proqramda daha çox hakim səhvlərindən söz açılıb.

Qurban bəy əvvəlcə Premyer Liqanın 6-cı turu çərçivəsində baş tutan «Qarabağ» —  «Neftçi» matçındakı müzakirəklərə səbəb olan penalti haqda fikir bildirib:

«Derbi oyunlarında hər zaman gərginlik yaşanır. Belə oyunları idarə etmək hakim üçün ağır olur. Elə oyunlar olur ki, hakim oyunun tez başa çatmasını gözləyir. Hər zaman bilərəkdən edilən səhvlərə görə narahat olmuşam. Bu gün ölkə futbolunda çatışmayan cəhətlər çoxdu. Bir futbolçumuz, məşqçimiz yoxdu ki, normal ölkədə legioner həyatı yaşasın. Bu gün Türkiyə ilə Azərbaycan futbolunu yan-yana qoymaq olmaz. Çünki onlardan fərqli olaraq, bu işə biz yeni-yeni başlamışıq. Düzdü, mən də əvvəl daha tez nəticəəldə etmək istəyirdim. Amma bizim peşəmiz elədi ki, buna vaxt, səbr lazımdı. Buna görə problemlərə fərqli yanaşıram. «Qalatasaray» — «Fənərbaxça», «Real» — «Barselona» oyunlarında da gəginlik yaşanır. Maraqlıdı ki, ən çox hakim səhvləri də, məhz bu oyunlarda qeydə alınır.

Başqa komandalar haqda,epizodlar barəsində danışmağı xoşlamıram. Daha çox istərdim ki, öz oyunumuz barədə danışaq. «Neftçi» ilə oyundan sonra da bildirdim ki, penalitini vermək də olardı, verməmək də. Oyunun son dəqiqəsində hakimin verdiyi qərar rəqib üçün çox ağır. Hakim penalti də versəydi, etiraz etməyəcəkdim. Bəzi hakimlər rahat penalti verir, bəzisi isə vermir. Bunu dünya futbolunda da rast gəlirik».

Bacarıqlı məşqçi bundan başqa geridə qalan tur çərçivəsində «İnter»lə oyunda hakimin təyin etdiyi penaltidən və futbolçusuna on bir metrlik cərimə zərbəsini kənara vurmaq  tapşırığı  verməsindən danışıb:

«Qərarı oyunun gedişatına görə  qəbul etdim. Bunu kimsə hakimlərə qarşı hörmətsizlik kimi qəbul etməsin. Belə bir fikrim də yoxdu. 90 dəqiqə oyunu idarə etmək asan deyil. Həmin epizod gözümün qarşısında baş verdi. Gördüm ki, topa ilk toxunan «İnter»in qapıçısı Georgi Lomaya oldu. Düzü, qapıçının da qırmızı vərəqə almasını istəməzdim. Məğlub olduğumuz oyunda, 99 faiz penalti olsa, 1 faiz olmasa da belə, istəmirəm lehimizə qərar verilsin. Müzakirə mövzusuna çevrilməyimizi istəmirəm. Vaxtımızı itirməli deyilik. Həmin epizod əks-hücum zamanı yaşandı. Bunun üçün də hakimin epizoda çatması bir az çətin oldu. İnşallah, bundan sonra penalti vurmarıq. Bundan sonra da belə olsa, eyni addım atacağıq. Bu, özünü göstərmək deyil. Sadəcə, hansısa komandanın haqqına girmək istəmirik.  Futbolçu ikən hakimi aldatdığım vaxtlar olub. Sonra da penaltidən fərqlənmişəm. Penalti qazanmaq da bir ustalıqdı. Lider komandalar daha çox hücumda olduğu üçün ardıcıl penaltilər qazanır».  

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *