CAR millisinin üzvü “Qarabağ”a doğru

«Qarabağ» Kiprin «Anortosis» klubunun hücumçusu Dino Ndlovu transfer edə bilər. Bu xəbəri «SigmaLive» yayıb.

Komanda.az xəbər verir ki, Ndlovu Türkiyənin «Antalyaspor» klubunda baxışda olsa da, bəyənilməyib. Belədə, onun karyerasını Azərbaycanda davam etdirəcəyi iddiası ortaya atılıb.

«Soccerladuma.co.za» saytı isə futbolçunun məhz «Qarabağ»a transfer oluna biləcəyini yazıb.

Cənubi Afrika Respublikası (CAR) millisinin formasını geyinən Ndlovu 2015-ci ildən «Anortosis»də çıxış edir. 26 yaşlı Dino Kipr çempionatında debüt mövsümündə 28 oyunda 16 qola imza atıb.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *