“Bu, mənim üçün irəli atılmış addımdı” – “Qarabağ”ın yeni transferi (FOTO)

“Qarabağ”a gəlməmişdən əvvəl də bu komanda haqda məlumatım var idi. Ona görə də, təklif gələndə elə də götür-qoy etməyə ehtiyac olmadı”.

Qol.az-ın məlumatına görə, bu sözləri «Qarabağ»ın yeni transferi Dino Ndlovu klubun saytına deyib.

Ağdam klubu ilə 2 illik müqavilə imzalayan CAR yığmasının hücumçusu keçidi haqqında fikirlərini bölüşüb:

“Bura gəlməyim karyeramda yeni səhifədir. Çalışacam, “Qarabağ”da öz oyunumla komandaya fayda verim. Bu transfer mənim üçün irəli atılmış addımdır”.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *