“Böyük oyun”un qəhrəmanı: “Qarabağ”la görüşdə bizi heç-heçə də qane etməyəcək”

“Xəzər Lənkəran” bizə qarşı yaxşı oynadı. Heç kim uduzmağı ağlından keçirmirdi. Oyun ərzində qol vəziyyətlərimiz olsa da, onlardan istifadə edə bilmirdik. Yalnız sonda şans üzümüzə güldü. Qələbədə payım olduğuna görə çox sevinirəm”. Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Neftçi”nin üzvü Elşən Abdullayev deyib.

Vurduğu yeganə qolla “Böyük oyun”un taleyini həl edən gənc futbolçu qələbəni belə şərh edib: “Xəzər Lənkəran”in heyəti əvvəlki illərlə müqayisə olunmayacaq dərəcədə zəifləyib. Amma necə layiqli mübarizə apardıqlarını hər kəs gördü. Oyun ərzində bizə xeyli çətinliklər yaratdılar”.

Abdullayev növbəti turda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan da söz açıb: “Qarabağ”ın gücünü hamı bilir. Ardıcıl 2 il Avroliqanın qrup mərhələsində oynayıblar. Bununla belə, qələbə qazanmağa çalışacağıq. “Qarabağ”la oyunda bizi heç-heçə də qane etməyəcək”.

 

NÖVBƏTİ OYUN

Bluebirds — Eagles

Tofiq Bəhramov
Premyer Liqa

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *