«Bakı-2015»: Kişi sərbəst güləşçilərimiz mübarizəyə başlayır (CANLI YAYIM)

Bu gün «Bakı-2015» I Avropa Oyunlarında sərbəst güləş üzrə kişilər arasında yarışa start veriləcək.

Heydər Əliyev adına İdman Sarayında təşkil olunan yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Qadın güləşçilərin yarışında idmançılarımız 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Kişilər arasında sərbəst güləş yarışlarının ilk günündə isə 57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə aparacaq.

57 kq
10:35. 1/8 final — Yaşar Əliyev — Zoheir El Ouarraqe (Fransa)

65 kq 
10:14. 1/16 final — İlyas Bekbulatov (Rusiya) — Toğrul Əsgərov

74 kq 
11:10. 1/8 final — Mihali Naqi (Macarıstan) — Cəbrayıl Həsənov

97 kq 
10:21. 1/16 final — Radoslav Baran (Polşa) — Xetaq Qazyumov

CANLI

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *