Bakı 2015: Azərbaycan yığmasından möhtəşəm qol (VİDEO)

Avropa Oyunlarının çimərlik futbolu yarışında millimizin üzvü Sabir Allahquliyevin vurduğu mükəmməl qolu təqdim edir.

Çimərlik futbolu üzrə komandalar ilk oyunlarına çıxıblar. A qrupunda mübarizə aparan Azərbaycan yığması günün son matçında meydançaya çıxıb.

Ukrayna ilə qarşılaşan komandamız 1:3 hesablı məğlubiyyətlə üzləşib. 8 komandanın qatıldığı yarış 2 qrup üzrə keçiriləcək və hər qrupda ilk iki yeri tutan komandalar yarımfinala vəsiqə qazanacaqlar. Qrupları 3-cü və 4-cü pillədə başa vuracaq komandalar isə 5-ci yer uğrunda mübarizə aparacaqlar.

A qrupu
Portuqaliya – İsveçrə — 6:5
Ukrayna – Azərbaycan — 3:1

B qrupu
İspaniya – İtaliya — 1:1, penaltilərlə 3:1
Macarıstan — Rusiya — 3:5

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər