Babasına görə «Qarabağ»dan imtina etdi!

Müqavilə ilə «Xəzər Lənkəran”a məxsus olan Elnur Cəfərovun karyerasını hansı klubda davam etdirəcəyi maraqla gözlənilir. Gənc hücumçu son iki ilin çempionu «Qarabağ”a keçməyə çox yaxın olub.

Ağdam klubundan xəbər təkzib edilsə də, bizdə olan özəl məlumata görə, Cəfərovun «atlılar”a keçidi son anda baş tutmayıb. Tərəflər arasında bütün məsələlərdə razılıq əldə olunsa da, futbolçunun babası nəvəsinin «Qarabağ”a keçidinə razı olmayıb. Belə ki, o, Cəfərova Azərbaycanda «Xəzər Lənkəran”dan başqa heç bir klubda oynamamağı, karyerasına ölkə xaricində çıxış etməyi məsləhət görüb.

Bizdə olan digər məlumata görə, Elnur Avropadan gələcək təklifləri gözdən keçirməyi planlaşdırır. Xatırladaq ki, Avropada «transfer pəncərəsi” mart ayınadək açıq olan ölkələr var. Deməli, «Xəzər Lənkəran”ın yetirməsi legioner həyatı yaşamaq üçün hələ seçim etmək imkanına sahibdi.

Sport7.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *