Bədavi Hüseynov: Slovanla matçda Qarabağa kömək edə bilməyəcəyəm

«Qarabağ»ın müdafiəçisi Bədavi Hüseynov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində San Marino ilə qarşılaşacaq Azərbaycan yığmasının düşərgəsini zədə səbəbindən tərk etməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

«Qarabağ»ın İsveç «Qöteborq»u ilə cavab matçını buraxdığım kimi, San Marino ilə görüşdə millimizin də oyununda iştirak etməyəcəyəm. Böyük ehtimalla, «Qarabağ»a «Slovan»la görüşdə də kömək edə bilməyəcəyəm. Ciddi müalicə almalıyam. Yığmaya gəlincə, Maksim Medvedevlə Tərlan Quliyev məni əvəz edə bilər».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *