Bədavi Hüseynov: «Çempionlar Liqasında oynamaq istəyirəm»

«Zirə» keçən tur xal itirdi və çempionluğu rəsmiləşdirməyə bizi 1 xal da qane edəcək. Buna baxmayaraq, biz rahatlaşmırıq və bu oyunda qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Çətin olacaq, ancaq çalışacağıq ki, qalib gəlib çempionluğu vaxtından əvvəl rəsmiləşdirək. Azarkeşlər «Qarabağ»dan Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı gözləyir. Biz özümüz də bunun arzusundayıq. Növbəti dəfə əlimizə belə bir imkan düşüb və çalşacağıq ki, dəyərləndirək. Məlum məsələdir ki, o mərhələyə kimi getmək çətin olacaq. Bu hansı rəqiblərlə qarşılaşacağımızdan da asılıdır. Qısacası püşkdən çox şey asılıdır. Biz ildən ilə Avropa Liqasında daha yaxşı oynamağa çalışırıq. Mənim fikrimcə, Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağımız üçün yetərincə təcrübəmiz var. «Qarabağ»da məni hər şey qane edir. Hələ bu klubla 2 illik müqaviləm var. Hal-hazırda bu klubdayam və mən komandamla Çempionlar Liqasında oynamaq istəyirəm».

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *