Azərbaycan 0-2 İtaliya 2002 (VİDEO)

Sabah milli komandamız AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. Komandamız səfərdə İtaliya millisi ilə qarşılaşacaq. Bu Azərbaycan və İtaliya milliləri arasında 3-cü matç olacaq.
Komandalar bundan əvvəl AVRO-2004-nü seçmə mərhələsində üz-üzə gəlib. 2002-ci ilin 7 sentyabrında Bakıda baş tutan oyunda italyanlar 2:0 hesablı qələbə qazanıb. İlk qolu qapımıza hazırda AZAL-ı çalışdıran Tərlan Əhmədov vurub. 2003-cü ilin 11 oktyabrında İtaliyada baş tutan matçda isə meydan sahibləri 4:0 hesablı qələbəyə sevinib.
Həmin vaxt millimizin formasını geyinən futbolçulardan sadəcə ikisi karyerasını davam etdirir. Belə ki, hər iki oyunda 90 dəqiqə oynamış Rəşad Sadıqov hazırda millinin heyətindədi. Zədəsi olan kapitanın meydana çıxıb-çıxmayacağı bilinmir. İndi «Xəzər Lənkəran»ın qapısını qoryan Cahangir Həsənzadə isə 2003-cü ildə İtaliyada baş tutan matçın 56-cı dəqiqədəsində Dmitri Kramarenkonun yerinə meydana çıxıb. O, artıq milliyə çağırılmır.
Hazırkı İtaliya yığmasında isə iki nəfər əvvəllr millimizə qarşı oynayıb. Belə ki, komandanın kapitanı Canluici Buffon hər iki matçda 90 dəqiqə qapını qoryub. Andrea Pirlo yığmada millimizlə oyunda debüt edib. O, 2002-ci ildə Bakıda baş tutan matçın 76-cı dəqiqəsində Filippo İnzaqinin yerinə meydana çıxıb və ilk dəfə milli formanı geyinib.
Azərbaycan — İtaliya 0:2
Qollar: Tərlan Əhmədov, 33 (avtoqol). Alessandro Del Pyero, 65.
Azərbaycan: Dmitri Kramarenko, Rəşad Sadıqov, Emin Ağayev, Kamal Quliyev, Tərlan Əhmədov, Mahmud Qurbanov (Ruslan Musayev, 66), Emin İmaməliyev, Emin Quliyev, Aslan Kərimov, Samir Əliyev (Nadir Nəbiyev, 87), Qurban Qurbanov.
Ehtiyat oyunçular: Cahangir Həsənzadə, Ədəhim Niftəliyev, Fərrux İsmayılov, İlham Yadullayev, Vadim Vasilyev.
Baş məşqçi: Vaqif Sadıqov.
İtaliya: Canluici Buffon, Fabio Kannavaro, Alessandro Nesta, Françesko Koko, Kristian Panuççi, Cenaro Qattuzo, Damiano Tommasi, Luici Di Biaco (Massimo Ambrosini, 58), Filippo İnzaqi (Andrea Pirlo, 76), Kristian Vyeri (Vinçenzo Montella, 58), Alessandro Del Pyero.
Ehtiyat oyunçular: Françesko Toldo, Mark İuliano, Massimo Oddo, Lusiano Zauri.
Baş məşqçi: Covanni Trapattoni.
Sarı vərəqələr: Emin Quliyev, 15. Ruslan Musayev, 71. Kamal Quliyev, 77 — Fabio Kannavaro, 62.
Hakimlər: Kiros Vassaras, Panaqiotis Mavropulos, Simeon Tsolakidis, Nikolaos Agelakis (Yunanıstan).
7 sentyabr 2002-ci il. Tofiq Bəhramov adına Respublika stadionu. 28000 tamaşaçı.
İtaliya — Azərbaycan 4:0
Qollar: Kristian Vyeri, 15. Filippo İnzaqi, 23; 86. Marko Di Vayo, 64.
İtaliya: Canluici Buffon, Fabio Kannavaro, Alessandro Nesta (Matteo Ferrari, 76), Massimo Oddo, Canluca Zambrotta, Mauro Kamoranesi (Cenaro Qattuzo, 86), Simon Perrotta, Kristiano Zanetti, Filippo İnzaqi, Françesko Totti, Kristian Vyeri (Marko Di Vayo, 55).
Ehtiyat oyunçular: Françesko Toldo, Bernardo Korradi, Cuzeppe Pankaro, Stefano Fiore.
Baş məşqçi: Covanni Trapattoni.
Azərbaycan: Dmitri Kramarenko (Cahangir Həsənzadə, 56), Rəşad Sadıqov, Emin Ağayev, İlham Yadullayev, Kamal Quliyev, Zaur Tağızadə (Vadim Vasilyev, 73), Mahmud Qurbanov (Ramiz Məmmədov, 82), Emin İmaməliyev, Emin Quliyev, Aslan Kərimov, Samir Əliyev.
Ehtiyat oyunçular: Namiq Həsənov, Nadir Nəbiyev, Ruslan Qafitullin, Zaur Həşimov.
Baş məşqçi: Vaqif Sadıqov.
Sarı vərəqə: Kamal Quliyev, 44.
Hakimlər: Stuart Duqal, Vilson İrvine, David Doiq, Kennet Klark (Şotlandiya).
11 oktyabr 2003-cü il. Oreste Qranillo stadionu. 22100 tamaşaçı.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *