Ansi Aqollli: “Mən özümü yarı ağdamlı sayıram”

“Qarabağ”ın alban futbolçusu Ansi Aqolli onun barəsində baş məşqçiləri Qurban Qurbanovun dediklərinə münasibət bildirib.

Dünən keçirilən mətbuat konfransında Q.Qurbanov zarafatla qeyd edib ki, “Aqolli qaqadı, ağdamlıdı”.

Qol.az azerisport.com saytına istinadla bildirir ki, Aqolli bununla bağlı deyib: “Onun dediklərindən xəbərim var. Qurban Qurbanov mənim barəmdə digər xoş sözlər də işlədib. Azərbaycanın ən güclü məşqçisindən bu sözləri eşitmək xoşdur. Hə, mən özümü yarı ağdamlı sayıram. Axı, neçə illərdir “Qarabağ”da oynayıram. Mənə elə gəlir ki, indi bütün Azərbaycan özünü qarabağlı, ağdamlı sayır. Şadam ki, “Qarabağ” kimi bir klubun üzvüyəm”.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *

Əsas sözlər