Ansi Aqolli: “ermənistana qalib gəlmək bizim üçün böyük stimul oldu”

«Qarabağ”ın və Albaniya milli komandasının futbolçusu Ansi Aqolli ölkəsinin mətbuatına açıqlama verib. Futbol11.az saytının məlumatına görə, cinah müdafiəçisi verdiyi açıqlamda 2015-ci ili dəyərləndirib.
«Qarabağ”ın «25” nömrəsi ilin onun üçün uğurlu keçdiyini  vurğulayıb: «2015-ci il mənim üçün uğurlu alındı.  Bu il karyeramın ən uğurlu illərindən biri oldu. «Qarabağ”la ölkə çempionu oldum, ölkə kubokunu qazandım və Avropa Liqasının qrup mərhələsində oynadım. Daha sonra isə Albaniya milli komandası ilə Avro 2016-nın final mərhələsində oynamaq hüququ əldə etdim.”

Aqolli bundan əlavə Albaniya milli komandasının AVRO 2016-dakı oyunları barədə danışıb: «Seçmə mərhələnin bütün oyunları bizim üçün həyəcanlı oldu. Portuqliya və Ermənistan üzərində qələbə bizim üçün böyük stimul oldu. Ardınca isə Danimarka ilə oyunda bərabərlik əldə etdik.  Ermənistana qalib gəlməklə isə turnirin final mərhələsinə vəsiqə qazandıq. Həmin oyundan sonrakı emosiyaları təsəvvür etmək mümkün deyil.”

Müdafiəçi sonda milli komandanın Avro 2016-nın seçmə mərhələsindəki şanslarından danışıb: «Qrupumuzdakı bütün komandaları keyfiyyətli komandalardır.  Bəzi komandalarla daha əvvəl qarşılaşdığımız üçün güclərinə bələdik.  Bütün bunlara baxmayaraq Avropa Çempionatında ilk dəfə oynayacağımız üçün bizə çətin olacaq. Millimizə inanıram. Hər şeyin bizim üçün yaxşı olacağına ümid edirəm.”

Qeyd edək ki, «A” qrupunda qərarlaşan Albaniya millisi Fransa, Rumıniya və İsveçrə yığmaları ilə mübarizə aparacaq.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *