Ansi Aqolli: «Dəqiqlik çatmadı»

“Pis oynadığımızı düşünmürəm. Əsas odur ki, Hər bir futbolçumuz yaxşı mübarizə apardı. Sadəcə bir az dəqiqlik çatmırdı. AZAL da yaxşı oynadı”.

Bu sözləri Qol.Az-a açıqlamasında “Qarabağ”ın futbolçusu Ansi Aqolli AZAL-a uduzduqları oyundan (0:1) sonra deyib.

Albaniyalı futbolçu çempionatın 3-cü dövrəsinə məğlubiyyətlə başladıqlarına təəssüfləndiyini də bildirib:

“ Amma bu, heç nəyin sonu demək deyil. Qarşıdakı oyunlarda yaxşı nəticələr əldə edəcəyimizə inanıram”.

Müdafiəçi “Qarabağ” hücumda niyə dəqiq oynaya bilmirdi” sualına belə cavab verib: “Mən məşqçi deyiləm. Meydana çıxıb ancaq futbolumu oynayıram”.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *