Ansi Aqolli: Azərbaycan xalqını sevindirmək üçün əlimizdən gələni edəcəyik

«Qarabağ»ın müdafiəçisi Ansi Aqollinin  müsahibəsi

— «Qarabağ» bu il Çempionlar Liqasının qrup mərhələsinə düşməklə yeni tarix yazmaq istəsə də, yenə Avroliqanın qrupunda mübarizə aparmaq məcburiyyətində qaldı…
— Avropanın bütün klubları ÇL-də mübarizə aparmağı istəyir. Biz də bunu çox istəyirdik. Bunun üçün yaxşı şansımız da var idi. Amma Çexiya «Viktoriya»sı ilə oyunda bəxtimiz gətirmədi. Buna baxmayaraq, ardıcıl üçüncü il Avroliqanın qrup mərhələsinə vəsiqə qazanmağımıza şadam. Bu, həm bizim, həm də Azərbaycan futbolu üçün yaxşı nəticədir.

— İsveç «Qöteborq»una qarşı keçirdiyiniz pley-off oyunlarını necə şərh edərdiniz?
— Biz İsveçdə də yaxşı oynamışdıq. Amma öz gücümüzü, daha yaxşı oyunumuzu Bakıda göstərdik. Bunun da sayəsində böyük hesabla qalib gəldik.

— İlk qolu ev tapşırığı zamanı Rəşad Sadıqov vurdu. Ondan belə qol görmüşdünüz?
— Qol yaxşı idi, amma meydança yox. Belə meydanda oynamaq, qol vurmaq çətin idi. Bu qol bizim üçün çöx önəmlydi. Çünki ilk qoldan sonra komandamız daha yaxşı oynamağa başladı.

— Dani Kintananın vurduğu qoldan sonra sizi itələməsi geniş rezonansa səbəb oldu…
— O, həyəcanlı idi. Təzyiq da yüksək idi. Kintana ilə aramızda heç bir problem yoxdur. Biz qardaş kimiyik. Onun qol vurmasına mən də çox sevindim. Əminəm ki, o, bu mövsüm də «Qarabağ»da çoxlu qol vuracaq.

— Qrup mərhələsində «Fiorentina» (İtaliya), «Slovan» (Çexiya) və PAOK (Yunanıstan) ilə mübarizə aparacaqsınız. Siz də bu qrupda italyanları favorit hesab edirsiniz?
— Rəqiblərimizin hamısı yaxşı komandadır. «Fiorentina» Avropa futbolunda məşhur addır. Amma hər şeyə meydanda aydınlıq gələcək. Biz də uğur qazanmaq, azarkeşlərimizi, Azərbaycan xalqını sevindirmək üçün əlimizdən gələni edəcəyik.

— Əvvəlki mövsümlərdə düşdüyünüz qruplarla müqayisədə, bu dəfəki rəqiblərinizi nisbətən zəif saymaq olar?
— Mən belə deməzdim. Belə turnirlərdə zəif rəqib, asan oyun olmur.

— İlk oyun Bakıda «Slovan»a qarşı olacaq. Rəqib barədə məlumatınız var?
— Xeyr. Bircə onu bilirəm ki, hazırda Çexiya klubları çox güclüdürlər.

— Çexlərlə görüş ya Olimpiya stadionunda, ya da «Dalğa Arena»da keçirilə bilər…
— Peşəkar futbolçuyuq, istənilən stadionda oynamağa hazırıq. Tofiq Bəhramov adına respublika stadionu hazırda yaxşı vəziyyətdə deyil. Biz ötürmələrdən çox istifadə edirik, yerlə oynayırıq. Buna görə də ot örtüyü yaxşı olan arenada oynamağımız daha yaxşı olardı.

azerisport.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *