Anortosis Qarabağın təklifini qəbul etdi

Kiprin «Anortosis» klubu Dino Ndlovu ilə bağlı «Qarabağ»ın təklifini qəbul edib. Azerisport.az xəbər verir ki, sözügedən klub Cənubi Afrika Respublikasından olan 26 yaşlı hücumçunu Ağdam klubuna buraxmağa razılaşıb.

Hələlik, bu transferin bütün detalları açıqlanmır. Amma «Anortosis» təxminən onu 350 min avro qarşılığında Azərbaycan klubuna buraxmağa razı olub. Hazırda «Qarabağ» futbolçunun özü ilə şəxsi müqavilənin detallarını müəyyənləşdirir. Bu keçidin həftə sonuna kimi rəsmiləşməsi gözlənilir. (Soccer-Laduma)

Qeyd edək ki, daha öncə «Qarabağ»ın Ndlovuya görə 330 min avro təklif etdiyi bildirilirdi.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *