AFFA «Qarabağ»ı azarkeşlərinə görə cəzalandırdı

İntizam Komitəsinin bu gün keçirilən iclasında bir sıra qərarlar qəbul olunub.

 

Azərbaycan Premyer Liqasının XX turunun “Neftçi” – “Rəvan” matçında “Rəvan” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.Oyunun 88-ci dəqiqəsində “Neftçi” klubunun 3 №-li futbolçusu Jairo Rodriges ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.Oyunun 89-cu dəqiqəsində “Rəvan” klubunun 86 №-li futbolçusu Həmid Yasin kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 2000 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasının XX turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçının 87-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun 4 №-li futbolçusu Ruslan Cəfərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.Oyunun 2-ci dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasının XX turunun “Sumqayıt” – “Zirə” matçının 61-ci dəqiqəsində “Sumqayıt” klubunun 39 №-li futbolçusu Emin Mehdiyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Azərbaycan Premyer Liqasının XX turunun “Kəpəz” – AZAL matçının 88-ci dəqiqəsində AZAL klubunun 6 №-li futbolçusu Taqim Novruzov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin XX turunun “Sumqayıt” – “Zirə” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin XX turunun “Qarabağ” – “Xəzər Lənkəran” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur. Əvəzedici heyətlərin XX turunun “İnter” – “Qəbələ” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur

Goal.az

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *