AFFA-dan “Qarabağ” – “Neftçi” oyunu ilə bağlı qərarlar

AFFA

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, İK Topaz Premyer Liqanın 15-ci turunun “Qarabağ” – “Neftçi” matçı ilə bağlı bəzi qərarlar çıxarıb.

Oyunun 20-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat cərimə olunub.

Oyunun 67-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəhman Hacıyevə simuliyasiyaya görə göstərilmiş sarı vərəqə  hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunub .

Oyun bitdikdən sonra müəyyən olunub ki, “Neftçi”nin azarkeşləri tərəfindən stadionun 9  oturacağı sındırılıb və yararsız vəziyyətə düşüb. Dəymiş zərərə uyğun olaraq “Qarabağ”ın təqdim edəcəyi məbləğin “Neftçi” tərəfindən ödənilməsi barədə qərar verilib.

Rəy bildir

E-poçt ünvanınız dərc olunmayacaq. Vacib yazı *

Əsas sözlər