AFFA bu karikaturaya görə UEFA-ya etiraz etdi (FOTO)

AFFA

Futzal üzrə Avropa çempionatının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya – Azərbaycan (1:1) qarşılaşması üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası öz əksini tapıb.

Karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb. Bununla əlaqədar olaraq, AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.

Qeyd edək ki, ötən gün oynanılmış qarşılaşma 1:1 hesabıl ilə başa çatıb. Sentyabrın 15-də bu komandalar arasında Bakıda keçirilmiş oyun 3:1 hesabı ilə millimizin xeyrinə başa çatdığı üçün cavab görüşündəki heç-heçə komandamızın final mərhələsinə vəsiqə qazanmasını rəsmiləşdirib.

Avropa çempionatı 2016-cı ilin fevral ayında Serbiyanın Belqrad şəhərində keçiriləcək.

AFFA

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *