Əfran İsmayılovdan ikiqat yubiley (VİDEO)

Azərbaycan Premyer Liqasının XXI turunun “Kəpəz” – “Qarabağ” oyununda (1:2) qonaqların qələbə qoluna imza atan Əfran İsmayılov ikiqat yubiley qeyd edib. Apasport.az saytının xəbərinə görə, bu top onun Ağdam klubunun heyətində 25-ci qolu olub.

 

Premyer Liqada əyalət klubunu 17-ci dəfə sevindirən yarımmüdafiəçi 2 qolunu Azərbaycan kubokunda rəqib qapılarından keçirib. Qitə miqyaslı klub turnirlərində 6 dəfə “Qarabağ” azarkeşlərini sevindirən İsmayılov üçün Gəncədəki görüş oyun baxımından da əlamətdardı.

 

Ağdam təmsilçisində ilk matçını 2006/07 mövsümündə keçirən futbolçu 150-ci dəfə “ağ-göy”lərin formasını geyinib. Çempionatda 115-ci görüşünə Gəncədə çıxan 28 yaşlı orta sahə oyunçusu ölkə kubokunda 13, avrokuboklarda 22 qarşılaşmada “Qarabağ”ın şərəfini qoruyub.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *