Əfran İsmayılov: Xəzər Lənkəran üzərində qələbə heç kimi yanıltmamalıdır

«Qarabağ»ın yarımmüdafiəçisi Əfran İsmayılov Azərbaycan Premyer Liqasının 20-ci turu çərçivəsində «Xəzər Lənkəran» üzərində qələbə qazandıqları (3:0) oyundan sonra azerisport.az saytının suallarını cavablandırıb.

— Matçla bağlı fikirlərinizi bilmək istəyərdik…
— «Xəzər Lənkəran» ağır günlər yaşasa da, onların bizə qarşı sonadək mübarizə aparacaqlarını bilirdik. Eyni zamanda bu komandanın belə vəziyyətdə olması bizi də məyus edir. Rəqibin gənc futbolçuları özlərini yaxşı tərəfdən göstərmək istəyirdilər. Bu, onların gələcəkdə daha güclü klublara keçməsi baxımından önəmlidir.

— «Qarabağ»ın birinci hissədə hesabı aça bilməməsinin yeganə səbəbidir?
— Xeyr. Bizim qol vurmaq üçün yaxşı şanslarımız oldu. Amma bu şanslardan yalnız ikinci yarıda yararlana bildik. AZAL-a məğlubiyyətdən sonra qələbə qazanmaq vacib idi.

— Rəqib sizi cərimə meydançasına buraxmamağa çalışırdı. Cərimə meydançası yaxınlığında təyin olunan cərimə zərbəsini oyunda həlledici məqam saymaq olar? Çünki məhz həmin epizodda komandanız hesabı açdı…
— Düz qeyd etdiniz ki, böyük üstünlüyümüz olsa da, rəqib öz zonalarını yaxşı bağlayırdı və bizi öz cərimə meydançasına buraxmamağa çalışırdı. Amma bu görüşdə qələbə bizim üçün çox vacib idi. Çünki rəqiblərimiz bizim hər xal itkimizdən yaxşı yararlanırlar. Buna görə sonadək mübarizə aparıb, sonda öz istəyimizə çatdıq.

— XL qapınız qarşısında bir dənə də qol vəziyyəti yarada bilmədi. Belə rəqiblərə qarşı oynamaq nə dərəcədə xoşdur?
— Belə rəqiblərlə oynamaq daha çətindir. Onlar həm özləri oynamırlar, həm də rəqibə oynamağa imkan vermirlər. Həm də biz asan rəqib axtarmırıq. Əsas istədiyimiz hər oyunda qələbə qazanmaqdır.

— Bu qələbədən sonra «Qarabağ»ın qara zolaqdan çıxdığını demək olar?
— Bu qələbə heç kimi yanıltmamalıdır. Bizə sadəcə, xal itirməmək lazımdır. Yaxşı ki, uğursuz oyunlarımız yaxşı xal fərqi topladığımız dövrə təsadüf etdi.

— Hazırda «Qarabağ»ın əsas rəqibi «Zirə» hesab olunur…
— Bəli. Biz onları diqqətlə izləyirik. Bu komanda «İnter»ə qalib gəlib. Daha sonra «Sumqayıt»ı məğlub etdilər. Çempionat çox gərgin keçir.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *