Əfran İsmayılov “269”da dayandı (VİDEO)

“Qarabağ”ın futbolçusu Əfran İsmayılov klubdakı qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi cari mövsümdə ilk qolunu Premyer Liqanın XVII turunda vurub.

 

Hazırda davam edən “Zirə” ilə ev matçında hesabı açan Əfran sonuncu dəfə 269 gün öncə fərqlənmişdi. O, Premyer Liqanın ötən mövsümündə sonuncu dəfə qol vurmuşdu.

 

İsmayılov mayın 15-də “Rəvan”la səfər qarşılaşmasında qol sevinci yaşamışdı. 1:2 hesabı ilə uduzan Ağdam təmsilçisinin orta sahə oyunçusu həmin matçdan sonra fərqlənə bilməmişdi.

 

Qeyd edək ki, Əfran ötən il mayın 29-da Makedoniya ilə yoldaşlıq matçında (1:3) millinin heyətində də qol sevinci yaşayıb.

https://www.instagram.com/p/BQQ1jaBDPJp/?taken-by=fcgarabagh

Rəy bildir

E-poçt ünvanınız dərc olunmayacaq. Vacib yazı *